Ukraynalı deputat erməni yalanını ifşa elədi - VİDEO

2023-01-26 14:22:00

Ukraynalı deputat erməni yalanını ifşa elədi - VİDEO

Hurriyyet.az xəbər verir ki, Ukraynanın xalq deputatı Vladimir Kreydenko Qarabağdakı ermənilərin guya azərbaycanlı ekofəalların Laçın yolundakı etirazları səbəbindən aclıq çəkdikləri barəsində növbəti uydurmalarını yoxlamaq qərarına gəlib.

O, Xankəndində yemək sifariş etməklə ərzaq çatışmazlığı təbliğatının yalan olduğunu nümayiş etdirib.

Deputat deyib: “Biz indi “Yutub”da yayılacaq sosial eksperimentin şahidi olacağıq. Yemək sifariş etmək mümkündür və heç bir humanitar fəlakət yoxdur”.

Son günlərdə guya ərzaq çatışmazlığı və elektrik enerjsizinin qənatəli sərfiyyatı ilə bağlı regionda ictimai iaşə müəssisələrinin işinin məhdudlaşdırılması barəsində yalan informasiyanı ifşa edən Kreydenko qeyd edib ki, Xankəndi şəhərində yerli iaşə müəssisələri istənilən zövqə görə geniş çeşiddə yeməklər təşkil edirlər və zaman və müştəri məhdudiyyəti olmadan çalışırlar.

Lakin yola sülhməramlılar çıxararaq azərbaycanlı ekofəalları Xankəndiə buraxmayan Rusiya özü Ukraynada əsl humanitar fəlakət törədib. İndi bütün dünya bunu Ukraynanın müvəqqəti işğal eləmiş ərazilərində görə bilər. Deputat deyib: “Biz çox sayda ölüm görürük, humanitar fəlakət görürük – bütün bunlar Rusiyanın müstəqil ölkənin ərazisinə girərək nəzarətə almasının nəticəsidir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000086