Saat:00:36
Haqqımızda

Ukraynadan Zelenski-Putin görüşü təklifi ilə bağlı açıqlama

2025-05-30 14:40:28

Ukraynadan Zelenski-Putin görüşü təklifi ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa RF Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü ehtimalına şərh verib.
Sibiqa bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə Kiyevdə mətbuat konfransı keçirib. Sibiqa çıxışında Ağ Evin başçısı Donald Trampın Ukrayna ilə Rusiya prezidentlərinin qarşıdakı görüşündə iştirakını məmnunluqla qarşılayacaqlarını söyləyib.
Sibiqa qeyd edib ki, nümayəndə heyətlərinin İstanbulda keçirilən axırıncı görüşdə əldə elədikləri üç razılaşmadan biri dövlət başçılarının görüşünə hazırqlıq məsələsi olub: "Sözsüz ki, biz bu görüşün daha geniş formatda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilməsini alqışlayacağıq.
Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransındakı  çıxışında İstanbulda Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Vladimir Putin və Vladimir Zelenskinin görüşünü təşkil etmək təklifini səsləndirib.
Hürr Tərcüman