Ukraynadan taxıl ixracına dair İstanbul sazişinin DETALLARI

2022-07-22 16:05:00

Ukraynadan taxıl ixracına dair İstanbul sazişinin DETALLARI

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bu ölkədən taxılın ixracına dair İstanbul sazişinin təfərrüatlarını açıqlayıb.

Hurriyyet.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Podolyak Twitter mikrobloqunda yazıb.

"İstanbul müqaviləsinə əsasən, Ukrayna taxılının ixracı haqqında. İlkin olaraq. Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır. Biz Türkiyə və BMT ilə müqavilə imzalayıb, onların qarşısında öhdəliklər götürürük. Rusiya Türkiyə və BMT ilə sazişi imzalayır”, - deyə o bildirib.

Bundan əlavə, Podolyakın sözlərinə görə, taxıl daşıyan gəmilər Rusiya tərəfindən müşayiət edilməyəcək və Ukrayna limanlarında Rusiya nümayəndələrinin olmayacaq: "Ehtiyac yaranarsa,Türkiyə sularında müştərək qruplar tərəfindən nəqliyyat gəmilərinin yoxlanılması həyata keçiriləcək".

“Təxribatlar olarsa, dərhal hərbi reaksiya veriləcək”, - deyə Prezident Aparatı rəhbərinin müşaviri əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066247