Ukraynadan Rusiyaya böyük zərbə
2025-05-29 10:13:01
Hurriyyet.az xəbər verir ki, mayın 29-na keçən gecə Ukrayna Rusiyaya və işğal altındakı Krım ərazisinə 48 ədəd təyyarə tipli PUA ilə irimiqyaslı hücuma keçib.
Bu barədə RF Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, Belqorod vilayəti üzərində 30, Orlov səmasında 4, Ryazanda 4, Krımda 4, Moskva vilayətində 3, Bryanskda 2, Tambovda 1 dron vurulub.
Rusiya Müdafiə Nazirliyi hücumun tamamilə dəf edildiyini bildirib. Dağıntı və tələfat barəsində məlumat verilmir.
Hürr Tərcüman
