Saat:17:55
Haqqımızda

Ukraynadan Rusiyanın Qara Dəniz Donanmasına növbəti zərbə: 34 rus hərbçisi həlak olub, 3 təyyarə zədələnib

2024-03-25 19:17:45

Ukraynadan Rusiyanın Qara Dəniz Donanmasına növbəti zərbə: 34 rus hərbçisi həlak olub, 3 təyyarə zədələnib

Ukrayna Ordusu Rusiyanın Qara Dəniz Donanmasının əsas rabitə mərkəzinə ən azı 3 “Storm Shadow” raketi atıb.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən “OSINTtechnical” adlı sosial şəbəkə kanalı yayıb.

 

https://twitter.com/Osinttechnical/status/1771650646808096942

 

Məlumatda qeyd olunur ki, Sevastopola “faciəvi zərbə” endirilib və nəticədə 30-dan çox hərbçi həlak olub, 3 təyyarə zədələnib.

 

 

 

 

 

 

 

 

OSINTtechnical

@Osinttechnical

·

Sevastopol, multiple Ukrainian Storm Shadow cruise missile slam into a Russian target

 

 

 

 

 

 

 

 

 

 

 

0:35 / 0:35

 

 

 

 

Düşməni sevindirməmək üçün Sevastopola irimiqyaslı raket hücumunun acı nəticələrinə dair video və şəkilləri paylaşmayacağını bildirən “OSINTtechnical”nın Rusiya Müdafiə Nazirliyindəki mənbələrindən və Sevastopoldakı hərbçilərdən əldə etdiyi məlumata görə, “düşmən” hücumu zamanı iyirmidən çox zabitin bulunduğu “yaxşı kamuflyaj edilmiş komanda məntəqəsi”ni vurub.

 

Vurulan raketlərin dağıntıları nəticəsində Belbek aerodromunda üç Su-27 təyyarəsi zədələnib. Təyyarələrdən biri çox ciddi zədə alıb, ikisinin təmir olunacağı demək olar ki, mümkündür”, – məlumatda qeyd olunub.

   

O da bildirilir ki, Ukrayna raketləri rus dəniz piyadalarının yerləşdiyi məkanı da darmadağın edib: “Ağır itkilər var. Ümumilikdə, hücum nəticəsində təəssüf ki, 11-i zabit olmaqla 34 hərbçi həlak olub. Daha 40-a yaxın əsgər yaralanıb”.

 

Ukraynanın “yaxşı kamuflyaj edilmiş hərbi qurğular” haqqında necə məlumat əldə etməsi ritorik sual olduğunu qeyd edən “OSINTtechnical” bunu içəridən məlumatların sızdırılması ilə əlaqələndirərək yazır: “Təəssüf ki, Sevastopolda satqınlar az deyil”. 

 

Qeyd edək ki, yarımadada 2014-cü il rus işğalından sonra Krım tatarlarının qurduğu “Atəş” batalyonu fəaliyyət göstərir. Batalyon əsasən rus hərbçilərinin mövqeləri barədə dəqiq məlumatlar əldə edib Ukraynaya ötürməklə məşğuldur. Bir çox hallarda Ukrayna ordusu “Atəş” batalyonunun verdiyi koordinatlar üzrə dəqiq zərbələr endirərək uğurlu hava hücumları həyata keçirir. \\Ovqat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR