Saat:16:00
Haqqımızda

Ukraynadan maraqlı addım: “Şimal axını-2” layihəsinin operatoru olmaq üçün müraciət etdi

2021-10-18 19:12:00

Ukraynadan maraqlı addım: “Şimal axını-2” layihəsinin operatoru olmaq üçün müraciət etdi

 
Ukraynanın “Naftoqaz şirkəti “Şimal axını-2” nin sertifikatlaşdırılması üçün Almaniya Şəbəkələri Federal Agentliyinə müraciət edib.
  
Şirkətin rəhbəri Yuri Vitrenko bunu rəsmən açıqlayıb.
 
Vitrenko bildirib ki, Kiyev "Şimal axını-2” layihəsinin operatorluğuna iddialıdır və onun sertifikatlaşdırılmasında iştirak edəcək.
 
Qeyd edək ki, Avropa İttifaqı qanunvericiliyinə görə, intisarçılığın qarşısını almaq üçün istənilən böyük şirkət həm istehsalçı, həm də tədarükçü ola bilməz. “Şimal axını-2” boru kəmərini çəkən “Qazprom” da Avropaya ixrac etdiyi qazın operatorluğunu başqa şirkətlə bölüşməlidir. Ukrayna da məhz bu hüquqdan istifadə edib layihənin operatorluğunu iddiasını irəli sürüb.
 
Xatırladaq ki, "Şimal axını-2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər çəkilib. Ümumi gücü ildə 55 milyard kubmetr olan iki xətdən ibarətdir. Obyektin tikintisi sentyabrın 10-da başa çatıb. Sertifikat alma prosesi isə hələ də davam edir. Bu prosesin bir neçə ay çəkə biləcəyi gözlənilir. Alman tərəfi prosedur üçün sənədlər paketinin hələ sentyabr ayında alındığını bildirib. \\Ovqat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR