Ukraynadan Lukaşenkoya cavab: Yalandır!
2023-03-08 00:14:00
.jpg)
Ukraynanın Maçulişi aerodromunda yerləşən Rusiya təyyarəsinə qarşı diversiya hücumu təşkil etməsi ilə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenkonun ittihamları həqiqəti əks etdirmir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
O, Belarus rəsmilərinin açıqlamalarını Ukrayna tərəfdən süni təhdid yaratmaq cəhdi adlandırıb.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ərazisindəki Rusiya təyyarəsi A-50-də təxribat törətmək istəyən Ukrayna casusu və onun 20 şərikinin saxlanıldığını açıqlayıb. Dövlət başçısı təyyarəyə hər hansı zərərin dəymədiyini açıqlayıb.\\Axar.Az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya