Saat:06:09
Haqqımızda

Ukraynadan Gürcüstanın və gürcülərin adının dəyişdirilməsi təklifi – ölkənin əsl adı başqa imiş

2023-05-27 11:27:00

Ukraynadan Gürcüstanın və gürcülərin adının dəyişdirilməsi təklifi – ölkənin əsl adı başqa imiş

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Ali Radasının saytında dərc edilmiş qanun layihəsində Gürcüstanın adının Sakartvelo adı ilə dəyişdirilməsi təklifi irəli sürülüb.

Layihədə rəsmi səviyyədə, rəsmi yazışmalarda və əlaqələrdə, həmçinin, KİV-də “Gürcüstan” adı əvəzinə, ölkənin tarixi  və rəsmi adı olan “Sakartvelo” adından istifadə eləmək təklif edilir.

Müvafiq olaraq, gürcülər də “kartvel” adlandırılacaqlar.

Qanun layihəsinin müəllifləri belə bir addımın Kiyev ilə Tbilisinin yazınlaşmasına, həmçinin, “ölkənin adının ruslaşdırılmasından yaxa qurtarmağa” kömək edəcəyini bildiriblər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR