Saat:09:19
Haqqımızda

Ukraynadan açıqlama: “Odessaya hücum edən İran dronu vuruldu”

2022-10-05 14:14:00

Ukraynadan açıqlama: “Odessaya hücum edən İran dronu vuruldu”

Hurriyyet.az “Liga.net” portalına istinadla xəbər verir ki, Ukraynanın Odessa şəhərinin mətbuat xidməti “Cənub” Operativ Komandanlığının verdiyi məlumata əsasən dünən Rusiya hərbçilərinin Odessaya İranın “Şəhid-136” kamikadze dronu ilə ilə hücum eləməyə cəhd elədiyini və Ukraynanın HHM sisteminin onu vurduğunu bildirib.

Hərbçilər Odessa şəhərinə hücum etməyə cəhd göstərən PUA-nın dənizin üzərində vurulduğunu bildiriblər.

Oktyabrın 5-nə keçən gecə isə Ukraynanın HHM sistemi cənub istiqamətində İranın 5 ədəd Şəhid-136 dronunu vurub. Bu barədə açıqlamanı Ukraynanın Silahlı Qüvvələrinin mətbuat xidməti verib.

Bundan əvvəl isə Kiyev Vilayət Hərbi Administrasiyası İranın “Şəhid-136” kamikadze dronlarının Ağ Kilsə istiqamətində zərbələr endirdiyini, infrasturktur obyektlərinə zərər vurduğunu bildirib.

Xəbər verdiyimiz kimi, İranın Xarici İşlər Nazirliyi açıqlama verərək, Rusiyaya Ukraynada istifadə eləməsi üçün dron satdığını inkar edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR