“Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər” – Fidan
2024-08-30 23:28:21
“Təəssüf ki, üç ildir ki, Avropanın mərkəzində Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu münaqişə nüvə müharibəsinə çevrilmək riskini daşıyır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sloveniyada deyib.
Fidanın sözlərinə görə, Türkiyə tezliklə atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlanmasının tərəfdarıdır:
“Hazırda Ukrayna münaqişəsinin yaratdığı bütün riskləri proqnozlaşdırmaq çətindir. Bu müharibəni bitirmək tələbindən daha humanist bir şey yoxdur. Bunun üçün danışıqlara başlamaq lazımdır. Müharibə nəticəsində bölgəmizin daha da məhv edilməsinin qarşısını almaq üçün də danışıqlar lazımdır”. \\Yeniavaz.com