“Ukraynadakı müharibə daha bir il uzansa, Avropa böhrandan çıxa bilməyəcək”

2022-08-27 13:48:00

“Ukraynadakı müharibə daha bir il uzansa, Avropa böhrandan çıxa bilməyəcək”

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç öz açıqlamasında Rusiyanın Ukraynada apardığı müharibənin daha bir il uzanacağı təqdirdə Avropanın böhrandan çıxa bilməyəcəyini bəyan edib.

Vuçiç deyib: “Bazar ləğv olunacaq, hər şey yoxa çıxacaq. Əgər ruslar müharibəni belə ləng və yavaş davam etdirsələr, bu, bir il və daha çox uzanacaq və gələn il biz də daxil olmaqla, ümumilikdə Avropada bu böhrandan çıxa bilmiş kimsə tapılmayacaq”.

Prezident onu da qeyd edib ki, Serbiya hələ may ayından öz qaz ehtiyatını tədarük eləməmiş olsaydı, indiki min kubmetr üçün 4 min avro qiymətinə qaz ala bilməyəcək və iflas olacaqdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111510