Ukraynadakı müharibə 9 Mayda bitəcək? - Lavrovdan cavab

2022-05-03 10:08:00

Ukraynadakı müharibə 9 Mayda bitəcək? - Lavrovdan cavab

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı hərbi əməliyyatların 9 May tarixinədək tamamlanacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri bu barədə italyan mətbuatına danışıb.

“Əsgərlərimiz hərəkətlərini Qələbə Günü daxil olmaqla, hər hansı bir tarixə görə süni şəkildə planlaşdırmayacaqlar.

Biz 9 Maydakı Qələbə bayramını hər zamankı kimi, böyük bir ciddiyyətlə qeyd edəcəyik. Bizim üçün vacib olan mülki və hərbi riskləri minimuma endirməkdir”, - o qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya