Ukraynada “Turan” türk taboru yaradılıb

2022-11-21 09:15:00

Ukraynada “Turan” türk taboru yaradılıb

Noyabrın 20-də Ukraynada “Turan” adlı türk taboru yaradılıb.

Hurriyyet.az xəbər verir ki, yeni qurulmuş taborun videomüraciəti BASE teleqram kanalında dərc olunub.

Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.

Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” vurğulayıb:

“İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”.

Bildirilib ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.

Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar. (report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.169244