Saat:04:03
Haqqımızda

Ukraynada Simonyana qarşı cinayət işi açılıb - dörd maddə üzrə ittiham edilir

2024-04-01 16:05:05

Ukraynada Simonyana qarşı cinayət işi açılıb - dörd maddə üzrə ittiham edilir

Erməni xisləti özünü göstərir - uşaqların, dinc əhalinin kütləvi soyqırımına təşviq və qəsbkarlıq çağırışları edib

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Kremlin təbliğatçısı Marqarita Simonyana qarşı cinayət işi qaldırıb. Bu barədə açıqlama Ukrayna Təhlükəsizlik Xidmətinin "Teleqram" kanalında verilib.
UTX-nin məlumatında bildirilir ki, "Simonyan 2023-cü ilin dekabrında ukraynalı uşaqları kütləvi şəkildə qətlə yetirməyə çağırıb", həmçinin "dəfələrlə Ukraynanın mülki infratrukturlarına raket-bomba zərbələrini endirməyi davam endirməyi təşviq edib".
UTX müstəntiqləri Marqarita Simonyanı Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi üzrə, o cümlədən "soyqırımı" və "Ukraynanın ərazü bütövlüyü və toxunulmazlığı" maddələri üzrə ittiham edirlər.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.266915