Ukraynada savaş bitən kimi... - Kissencer

2022-05-11 09:28:00

Ukraynada savaş bitən kimi... - Kissencer

Ukraynada müharibə başa çatdıqdan sonra dünyada geosiyasi vəziyyət ciddi dəyişikliklərə məruz qalacaq.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi, məşhur politoloq Henri Kissincer deyib.

“Çin və Rusiyanın bütün gözlənilən məsələlərdə eyni maraqlara malik olması təbii deyil. Düşünmürəm ki, biz onlar arasında mümkün fikir ayrılıqlarına səbəb ola bilərik, amma məncə, şərait olacaq. Ukraynadakı müharibədən sonra Rusiya ən azı Avropa və NATO-ya ümumi münasibətinə yenidən baxmalı olacaq. Düşünürəm ki, iki düşməni bir araya gətirəcək şəkildə onlara düşmən münasibət bəsləmək ağılsızlıqdır və biz Avropa ilə münasibətlərimizdə və daxili müzakirələrimizdə bu prinsipi qəbul etdikdən sonra belə bir tarixi imkanlar yaranacaq.

Diferensial yanaşma tətbiq edə bilərik. Bu o demək deyil ki, onlardan hər hansı biri Qərblə yaxın dost olur, sadəcə olaraq, konkret məsələlər ortaya çıxanda isə fərqli yanaşma imkanlarını açıq qoyuruq. Qarşıdakı dövrdə Rusiya və Çini "ayrılmaz element" kimi qarışdırmamalıyıq”, - Kissincer bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya