Ukraynada Saakaşvilini dəstəkləyən aksiya keçirilir

2021-10-13 16:20:00

Ukraynada Saakaşvilini dəstəkləyən aksiya keçirilir

Hurriyyet.az “Ukraina 24” kanalına istinadən xəbər verir ki, Kiyevdə Gürcüstan səfirliyinin qarşısında Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilini dəstəkləmək üçün aksiya keçirilir.

Aksiyada 50 nəfərə yaxın adam iştirak edir. Onlar Gürcüstan və Ukrayna bayraqlarını və Saakaşviliyə azadlıq tələb edən plakatlar qaldırıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın keçirildiyi ərazini mühafizə edirlər.

Xəbər verildiyi kimi, M.Saakaşvili 1 oktyabr tarixində Tbilisidə həbs edilib, ona qarşı ittihamları qəbul etmir, siyasi məhbus olduğunu bildirərək, həbs ediləndən bu günə qədər aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, Ukrayna Prezidenti Bladimir Zelenski şəxsən özünün və ümumilikdə Ukrayna rəhbərliyinin Saakaşvilinin qayıdışı məsələsi ilə məşğul olacağını bildirib.

Hürr Tərcüman