Ukraynada nazirin öldüyü qəzada dünyasını dəyişənlərin sayı artdı

Xəbər verdiyimiz kimi, Ukraynanın Kiyev vilayətində helicopter qəzaya uğrayıb və nəticədə ölkənin daxili işlər naziri dünyasını dəyişib.
Hurriyyet.az xəbər verir ki, Brovaridə helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 18 nəfərə çatıb.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, 12-si uşaq olmaqla 26 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün səhər saatlarında helikopter Brovarıdakı uşaq bağçasının ərazisinə düşüb. Əvvəllər helikopter Fövqəladə Hallar Dövlət Xidmətinin tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Qurbanlar arasında həm böyüklər, həm də uşaqlar var.
Qəzaya uğrayan Hava nəqliyyat vasitəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç olub. Onların hər üçü həlak olub.
yeniavaz.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya