"Ukraynada müharibə hələ 10 il davam edəcək, sülh Koreya ssenarisi ilə əldə ediləcək"
2024-09-27 15:19:05
Hurriyyet.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynadakı müharibənin daha 10 il davam edə biləcəyini və "Koreya ssenarisi üzrə" - yəni mövcud cəbhə xətti boyunca sülh razılaşması ilə başa çata biləcəyini söyləyib.
Vuçiç "TV Informer" televiziyasına müsahibəsində bildirib: "Axırda nəhayət, sülh bərqərar olacaq. Yadda saxlayın, ilk dəfə bunu ictimai şəkildə bəyan edirəm. Sülh Koreya ssenarisi ilə - ələ keçirilmiş xətlər əsasında olacaq".
Onun sözlərinə görə, həmin günə qədər Ukrayna ilə Rusiya "hər bir kənd, hər bir şəhər uğrunda" savaşacaqlar.
Hürr Tərcüman