Saat:16:47
Haqqımızda

Ukraynada “İran dronları”nın kütləvi istehsalı başlanıb

2023-11-16 17:20:59

Ukraynada “İran dronları”nın kütləvi istehsalı başlanıb

Hurriyyet.az xəbər verir ki, “RBK-Ukrayna” portalı Ukraynanın “Şahed” dronlarının analoqunun kütləvi istehsalına başladığını, ay ərzində bu qəbildən onlarla dron istehsal elədyini bildirib. Portal bu xəbəri Ukraynanın sənayenin strateji sahələri naziri Aleksandr Kamışinin  Avropa Biznes Assosiasiyasındakı çıxışına istinadla verib. Onun sözlərinə görə, müdafiə sənayesi ölkə iqtisadiyyatına mühüm töfhə verir və gələcəkdə bu sahə Ukrayna iqtisadiyyatının əsas sektoruna çevrilməlidir.

Nazir deyib: “Ukrayna Şahed”i adlandırandan başlayaq. Biz bu məhsulun adını demirik. Lakin onun kütləvi istehsalına başlamışıq və indi ayda onlarla PUA istehsal edirik. Əvvəllər istehsal çox az olsa da, indi sanballı rəqəmlərə malikik. İstehsalın adi artımı hökuməti məmnun etmir. Bizi on dəfələrlə çox miqdarda artım məmnn edir. Bir çox istiqamətlərdə belə artımımız var”.

Kamışin “Ukrayna Şahedi”nin məhz dövlət zavodunda istehsal edildiyini qeyd edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.548630