Ukraynada hərbi vəziyyət ləğv edilə bilərmi?
2025-02-17 23:36:03
.jpg)
Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı razılığın əldə olunması hərbi vəziyyətin ləğvi demək olmayacaq .
Bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.
"Atəşkəs hərbi vəziyyətin ləğvi demək deyil. Hərbi vəziyyətin ləğvi o zaman mümkündür ki, hərbi vəziyyətin hüquqi rejimi haqqında qanunda nəzərdə tutulan təhlükələr aradan qalxsın", - o qeyd edib.
Venislavskinin sözlərinə görə, müvəqqəti atəşkəs hərbi vəziyyətin tətbiqinə səbəb olan təhlükələri aradan qaldırmır.
O əlavə edib ki, hərbi vəziyyətin mümkün ləğvinin vaxtı, xüsusən, Rusiya qoşunlarının çıxarılmasından, təhlükəsizlik təminatlarından və danışıqların nəticələrindən asılıdır. \\Axar.Az
