Ukraynada Gürcüstanın cəzaçəkmə müəssisələrinin əməkdaşlarına qarşı cinayət işi qaldırılıb

2022-01-14 17:17:00

Ukraynada Gürcüstanın cəzaçəkmə müəssisələrinin əməkdaşlarına qarşı cinayət işi qaldırılıb

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Ukraynada Gürcüstanın penitensiar müəssisələrinin əməkdaşlarına qarşı bir neçə cinayət işi qaldırılıb. Bu barədə açıqlamanı Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovets verib. Onun sözlərinə görə, Gürcüstanın üçüncü prezidentinə qarşı işgəncə, qeyri-insani münasibət, sağlamlığına zərər vermə və kobud münasibət faktları araşdırılır.

Saakaşvili Ukraynanın Baş Prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək, zərərçəkən kimi tanınmasını xahiş edib. 

Hürr Tərcüman