Ukraynada durum dəyişir - “Hər şey ona işarə edir ki...”

2023-01-16 22:40:00

Ukraynada durum dəyişir - “Hər şey ona işarə edir ki...”

“Belarus ordusunun Rusiyanın Ukraynaya müdaxiləsinə qoşulacağı ehtimalı var. Bir çox əlamətlər buna işarə edir”.

Bunu polşalı hərbi analitik Konrad Muzika deyib.

Ekspert qeyd edib ki, Belarus ordusu ötən ilin aprelindən fasiləsiz təlim keçir. Keçən il Belarus ordusunun keçirdiyi təlimlərin sayı SSRİ-nin dağılmasından bəri maksimum həddə çatıb.

“Praktiki olaraq Belarusun müharibəyə girməsi üçün lazım olan bütün hərbi imkanları işləyib hazırlayıblar”, - Muzika bildirib.

O, həmçinin vurğulayıb ki, Belarus bu yaxınlarda öz ehtiyatları ilə bağlı məlumatları yeniləyib:

“Bu o deməkdir ki, hərbi ehtiyat sistemi artıq səfərbərliyə hazırdır. İndi səfərbərliyə və müharibəyə başlamaq üçün siyasi qərar lazımdır. Hər şey Belarusun gələcəkdə nə vaxtsa müharibəyə girəcəyinə işarə edir”. \\Teleqraf.com 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.244253