Saat:11:54
Haqqımızda

“Ukraynada döyüşmüş 5 min məhbus azadlıqdadır” – Priqojin “cinayətkarlığın səviyyəsini endirib”

2023-03-25 15:58:00

“Ukraynada döyüşmüş 5 min məhbus azadlıqdadır” – Priqojin “cinayətkarlığın səviyyəsini endirib”

““Vaqner”-in sıralarına Ukraynada döyüşmək üçün cəlb olunan və sağ qalan 5 mindən artıq rusiyalı məhbus azadlıqdadır”.

Hurriyyet.az xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şərkətinin sahibi Yevgeni Priqojin deyib.

Priqojin iddia edib ki, müharibədən qayıdan həmin məhbuslar azadlığa çıxdıqları ilk ayda “standart göstəricilərdən” 10-20 dəfə az cinayət törədirlər. “Vaqner” başçısı bununla da Rusiyada “cinayətkarlığın səviyyəsini endirməyə” müvəffəq olduğunu söyləyib.

Xatırladaq ki, iki ay əvvəl Priqojin Ukraynada döyüşmüş məhbusların ilk böyük qrupunun əfv olunduğunu xəbər vermişdi. Həmçinin, bir çox rusiyalı jurnalistlər iddia edirlər ki, Putin müharibəyə yollanan məhbusları gizli fərmanla əvvəlcədən əfv edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR