Saat:11:36
Haqqımızda

Ukraynada dövlət çevrilişi hazırlayan adamın kimliyi bilindi – Rinat Axmetov

2021-11-26 19:12:00

Ukraynada dövlət çevrilişi hazırlayan adamın kimliyi bilindi – Rinat Axmetov

 
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişi hazırlayan şəxsin milyarder Rinat Axmetov olduğunu bildirib.
 
Bu gün keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti milyarderin çevriliş hazırlığı barədə təkcə quru iddialar yox, həm də kəşfiyyat məlumatlarını təsdiqləyən audio-yazılar var. 
 
Zelenski iddia edib ki, audio-yazılarda Rinat Axmetovun Ukraynadakı çevriliş üçün 1 milyard dollar ayırdığından bəhs olunur. Prezident Ukraynada oliqarxlara qarşı “böyük müharibə” başlandığını və dövlət çevrilişinə hazırlığın da bunun qarşını almağa yönəldiyini bildirib.
 
“İnanıram ki, biz böyük tərəqqinin başlanğıcında və de-oliqarxizasiyaya qarşı böyük müharibənin içərisindəyik... Onların [oliqarxların] hər yerdə dayaq nöqtələri var... Biz bu mühribəyə yeni başlamışıq. Burada şəxsi heç nə yoxdur. Demək istəyirəm ki, böyük biznesə hörmət edirəm. Lakin böyük biznesin oliqarx olmaması və mediaya təsir etməməsi çox vacibdir”, - deyə Ukrayna prezidenti bildirib.


 
Xatırladaq ki, noyabrın 5-də Zelenski “De-oliqarxizasiya haqqında” qanun imzalamış və bu sənədin böyük bizneslə siyasətçilər arasında münasibətləri kökündən dəyişdirəcəyini bildirmişdi. Ukraynanın hazırladığı “De-oliqarxizasiya qanunu” ABŞ və NATO tərəfindən rəsmi Kiyevin qarşısına qoyulan əsas şərtlərdən idi. Kiyev bu şərti yerinə yetirməsəydi, NATO-ya üzvlük iddiasından da əl çəkməli idi. Uzun müddət qanunun qəbulu məsələsində ciddi tərəddüdlər yaşayan Zelenski hakimiyyəti sonunda bu ilin sentyabr ayında həmin sənədin layihəsini Ukrayna Ali Radasından keçirmiş və 3 həftə əvvəl isə president Zelenski onu təsdiqləmişdi. Ukrayna prezidentinin sözlərinə inansaq, oliqarxların bu qanuna təpkisi özünü çox gözlətməmiş, Rinat Axmetovun rəhbərliyi altında dövlət çevrilişinə hazırlaşmağa qərar verilmişdi.
 
ABŞ və Qərb ölkələrinin fikrincə, post-sovet ölkələrindəki oliqarxlar Rusiyaya bağlıdırlar, onlar zərərsizləşdirilmədən  və lustrasiya siyasətinə start vermədən həmi ölkələrin rus caynağından qurtulması mümkün deyil. 


 
Ukraynada dövlət çevrilişi hazırlamaqda ittiham olunan Rinat Leonid oğlu Aхmetova gəlincə, ukraynalı bu iş adamı, siyasətçi, oliqarx, iqtisadçı, bankir, sənayeçi, milyarder kimliyi ilə tanınır.
 
1996-cı ildən Şaxtyor Donetsk futbol klubunun prezidenti seçilən və “System Capital Management”in yaradıcısı olan Rinat Axmetovun sərvəti “Bloomberg”in məlumatına görə, 2021-ci ilin sentyabrında 10,0 milyard dollara çatmışdı. O, bu sərvəti ilə dünyanın 241-ci ən zəngin adamı ünvanı qazanmışdı. \\Ovqat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR