Ukraynada daha bir qondarma respublika... - Zelenski

2022-04-26 09:52:00

Ukraynada daha bir qondarma respublika... - Zelenski

Rusiya Ukraynaya qarşı müharibədə heç nəyə nail olmayacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İki ayda bizə qarşı min yüzdən çox raket istifadə etdilər. Saysız-hesabsız bombalar, artilleriya... İşgəncə verdilər, qarət etdilər, güllələdilər. Torpağımızı minalayıblar. Dinc şəhərləri, kəndləri cəhənnəmə çevirdilər. Ukrayna şəhərlərinin və icmalarının bir hissəsi dağıdıldı. Amma heç nə əldə olunmayıb. Və əldə olunmayacaq”, - Zelenski vurğulayıb.

Zelenski Rusiyanın Ukrayna torpaqlarında növbəti qondarma referendum keçirmək istəyinə də münasibət bildirib:

“Rusiya torpağımızda hardasa saxta “referendum” oyunu oynamaq istəyir? Onlar cəhd etsələr belə, bu, Moskvada Ukraynanın işğalı üçün yaradılan hər şey kimi biabırçı olacaq”.

Qeyd edək ki, Rusiyanın Xersonda daha bir qondarma respublika yaratmaq üçün yaxın günlərdə "referendum" keçirəcəyi haqda informasiyalar yayılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya