Ukraynada daha bir azərbaycanlı həlak oldu
2025-12-15 09:12:03
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edən Qasımov Samir Rasim oğlu aldığı xəsarətlərdən vəfat edib.
O, döyüşlərdə fərqləndiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın müdafiəsinə görə” medalı ilə təltif olunub.
S.Qasımov Ukraynanın Mukaçevo şəhərində dəfn olunacaq.
Qafqazinfo.az
