Ukraynada 322 uşaq həlak olub, yüzlərlə uşaq yaralıdır
2022-06-17 10:37:00

Yeni cəsədlər aşkar edilib
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Baş Prokurorluğu Rusiyanın ölkəyə təcavüzü nəticəsində 322 nəfər ukraynalı uşağın həlak olduğunu bildirib. Mariupolda yeni uşaq cəsədləri aşkar edilib.
Baş Prokurorluğun açıqlamasında deyilir: “Rusiya Federasiyası tərəfindən tammiqyaslı hərbi təcavüz nəticəsində Ukraynada 900-dən artıq uşaq zərər çəkib. 322 uşaq həlak olub, 581 nəfərdən çox uşaq yaralanıb”.
Açıqlamada bu rəqəmlərin reallığı tam əks etdirmədiyi, döyüş bölgələrində və işğaldan azad edilmiş məntəqələrdə araşdırmaların davam etdiyi bildirilir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya