Ukrayna yeni əraziləri azad etdi

2023-09-15 10:10:02

Ukrayna yeni əraziləri azad etdi

Hurriyyet.az xəbər verir ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Andreyevka məntəqəsini işğaldan azad ediblər. Bu barədə açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı verib.

Açıqlamada bildirilir ki, USQ Kleşeyevka istiqamətində də qismən uğurlar qazanıb.

RF MN Andreyevkanın tərk edilməsi ilə bağlı açıqlama verməyib.

Hər iki məntəqə Baxmutdan bir neçə kilometr cənubda yerləşir. Andreyevka uğrunda döyüşlər bir neçə ay davam edib. USQ təmsilçisi Sergey Çerevatıyın açıqlamasına görə, “Andreyevka kəndinin işğaldan azad edilməsi Ukrayna hərbçilərinə Baxmutun dövrələnməsi üzrə əməliyyatı başa çatdırmaq” və Rusiya qüvvələrini sıxışdırmaq imkanı verir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142412