Saat:04:35
Haqqımızda

Ukrayna yeni ərazilər itirməməlidir - Vitali Portnikov

2024-12-06 10:56:09

Ukrayna yeni ərazilər itirməməlidir - Vitali Portnikov

Ukrayna xalqının özü də daxil olmaqla, əldə qalanları qorumaq Ukraynanın onsuz da itirdiyi ərazilərin geri qaytarılmasından daha vacibdir. Bunu “NTA” telekanalında jurnalist Vitali Portnikov bildirib.

Portnikovun fikrincə, bütünlükdə proses onilliklərlə uzana bilər.

“Əgər siz və mən Rusiya iqtisadiyyatının çökdüyünü görsək, Rusiya-Ukrayna müharibəsinin dondurulduğunu görəcəyik, bu doğrudur. Və ya bəlkə də illər və onilliklər ərzində – Ukrayna dövlətinin ərazi bütövlüyünün bərpasını da. Ancaq gəlin daha real hədəflər qoyaq. İndi Ukrayna üçün daha vacib olan Ukraynanın yeni ərazilərini tirməməkdir.

İkincisi, Ukrayna dövlətçiliyini düşmənin xeyrinə itirməməkdir. Məncə, bu barədə düşünmək lazımdır. Ərazi məsələsində taktiki məqsəd kimi - yenilərini itirməmək. Dövlətçilik məsələsində strateji məqsəd kimi - qarşıdakı illərdə uduzmamaq ki, dövlət yox olmasın. Və ukraynalıların milli varlığı strateji məqsəd kimi. Çünki mən hesab edirəm ki, Ukraynanın etnik torpaqları ərazisində Ukrayna milli varlığına ciddi təhlükə var. Bu, hazırda bu ərazidə olan insanların çoxunun təsəvvür edə biləcəyindən daha ciddi riskdir”, deyə Portnikov bildirib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210561