Saat:14:15
Haqqımızda

“UKRAYNA YAYIN SONUNDA ƏKS-HÜCUMA HAZIR OLACAQ” – “Ruslar hər şeydə məğlub olublar”

2022-05-21 15:25:00

“UKRAYNA YAYIN SONUNDA ƏKS-HÜCUMA HAZIR OLACAQ” – “Ruslar hər şeydə məğlub olublar”

Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin kulminasiyası yayın sonunda baş verəcək - Rusiyada adamlar, hərbi ləvazimat və mübarizə iradəsi tükənən zaman.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces «Azadlıq Radiosu»na müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Rusiya özünün bütün məqsədlərinə çata bilməyib və Ukrayna iqtisadiyyatına böyük zərər vurub. «Rusiyanın bayram etməli bir şeyi yoxdur. Onlar özlərinin bütün məqsədlərinə çata bilməyiblər. Rusiya Müdafiə Nazirliyi özünü korrupsiyalaşmış təşkilat kimi göstərib, əsgərləri isə - qatil, mülki obyektlərə qarşı silah islədən döyüşçülər kimi… Aydındır ki, onlar ərazini ələ keçiriblər, Ukrayna iqtisadiyyatına böyük zərər vurublar… Qarşıda hələ çox çağırışlar var, amma bunun heç birini Rusiya üçün qələbə hesab etmək olmaz - nəzərə alsaq ki, Kreml hansı məqsədləri qarşıya qoyub. Açıq danışsaq, mən hesab edirəm ki, Rusiya nəhayətsiz olaraq etdiklərini davam edə bilməyəcək. Hesab edirəm ki, kuliminasiya haradasa yayın sonunda baş verəcək - nə zaman ki, onların adamları, hərbi ləvazimatları və mübarizə əzmi tükənəcək» - Höcers deyib.

Onun sözlərinə görə, Ukrayna sentyabra qədər əks-hücum üçün potensiala malik olacaq və Rusiya qüvvələrini sıxışdıra biləcək. «Belə döyüşlərlə, amunisiya itkiləri və hərbçi itkiləri ilə hesab edirəm ki, yayın axırına - avqustun sonuna, sentyabrın əvvəlinə Rusiya qüvvələri tükənəcək, Ukrayna isə kifayət qədər potensiala malik olacaq ki, əks-hücuma keçsin. Rusiya qüvələrini sıxışdırmaq üçün ən azı, 23 fevral xəttinə qədər. Hesab edirəm ki, bu, sentyabra qədər baş verəcək» - Hoces hesab edir.

«Ruslar hər şeydə məğlubiyyətə uğrayıblar. Onlar zəiflətmək məqsədli müharibəyə keçiblər…Və bu, Rusiya üçün pis seçimdir, çünki onların logistika situasiyası yaxşılaşmır, onlar səfərbərlikdən qaçmağa cəhd edirlər» - Hoces deyib və əlavə edib ki, Ukrayna nə logistika sarıdan, nə hərbçilərin sayı baxımından, nə də motivasiya sarıdan heç bir problem yaşamır.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR