Ukrayna XİN: “Rusiya Yeltsinin səyi ilə qanunsuz şəkildə BMT TŞ üzvü olub”

2022-12-26 23:20:00

Ukrayna XİN: “Rusiya Yeltsinin səyi ilə qanunsuz şəkildə BMT TŞ üzvü olub”

Hurriyyet.az "Yeni Akit" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasından və ümumiyyətlə BMT-dən çıxarılması üçün hüquqi addımların atılması üçün çağırış edib.

Ukrayna XİN tərəfindən verilən yazılı bəyanatda SSRİ-nin 1991-ci ildə dağılmasından sonra Rusiyanın o zamankı dövlət başçısı Boris Yeltsinin səyi ilə “qanunsuz olaraq BMT TŞ üzvü olduğu” bildirilir.

Açıqlamada Rusiya Federasiyasının BMT Nizamnaməsində qeyd edilən proseduralardan yayınaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul edildiyi bildirilir,  Rusiyanın BMT üzvünə yaraşmayan təcavüzkar siyasət yürütdüyü qeyd edilir. Bəyanatda deyilir: “Rusiya Federasiyasının addımları sülh anlayışına ziddir”.

Açıqlamada Rusiyanın 2014-cü ildən bu günə qədər Ukraynanın bəzi bölgələrini qanunsuz şəkildə ilhaq elədiyi, 24 fevraldan etibarən isə Ukraynaya hücuma başladığı vurğulanır. Ukrayna XİN-in bəyanatında deyilir: “Rusiya Federasiyasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı törətdiyi cinayətlərin coğrafiyası Ukrayna sərhədlərindən çox uzaqlara uzanmaqdadır”.

Açıqlamada 1991-ci ildən indiyə qədər Rusiyanın BMT TŞ-nin qərarlarına 31 dəfə veto qoyduğu deyilir, Rusiyanın BMT TŞ-dən və ümumiyyətlə BMT-dən çıxarılması çağırışı edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164417