Ukrayna XİN naziri Dmirti Kuleba: Ukraynanını qələbəsi onun ərazi bütövlüyünün tam bərpası olacaq

2022-08-31 12:31:00

Ukrayna XİN naziri Dmirti Kuleba: Ukraynanını qələbəsi onun ərazi bütövlüyünün tam bərpası olacaq

Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbəsi 24 fevral mövqelərinə qayıtması deyil, onun ərazi bütövlüyünün tam bərpası olacaq. “Ukrinform” xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukraynanın XİN naziri Dmitri Kuleba deyib.
“24 fevral mövqelərinə qayıdış Ukraynanın 2014-2022-ci illərdə yaşamış olduğu işgəncələrin davamıdır. Ukraynanın bu müharibədə qələbəsi onun ərazi bütövlüyünün mümkün olduğu yerlərdə hərbi yolla, mümkün olduğu yerlərdə diplomatik yolla tam bərpasıdır. Sonra müharibənin ikinci mərhələsi gələcək - bu, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, təcavüz cinayətləri törədənlərin ədalətə qovuşması və təzminat ödənilməsi olacaq”.
Kuleba onu da qeyd edib ki, o zaman müharibənin üçüncü mərhələsi- rus xalqının və Rusiya siyasi elitasının tövbəsi gələcək.
“Mən tamamilə inanıram ki, Rusiyanın hansısa lideri, kim olmasından asılı olmayaraq, Ukraynaya gələcək, Rusiya təcavüzü qurbanlarının abidəsi önündə diz çökəcək, çox uzun müddət diz üstə qalacaq və bizi məruz qoyduqları zülmə görə üzr istəyəcək. Nə vaxt bunlar baş versə, artıq bu Ukraynanın tam qələbəsi olacaq”, deyə nazir vurğulayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000120