Ukrayna Vardanyana SANKSİYA TƏTBİQ ETDİ - FOTOFAKT

2023-01-05 20:34:00

Ukrayna Vardanyana SANKSİYA TƏTBİQ ETDİ - FOTOFAKT

Ukrayna rus tulası Vardanyana sanksiya tətbiq edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Bildirilir ki, Ruben Vardanyan 2022-ci il oktyabrın 19-da Rusiyanın işğalına verdiyi dəstəyə görə Ukraynada sanksiyalar siyahısına daxil edilib.

Bu qərarı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası verib. Daha sonra prezident Volodimir Zelenski öz fərmanı ilə bunu təsdiqləyib.

Ukrayna Xarici İşlər Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin dəstəyi ilə yaradılan “Müharibə və Sanksiyalar” portalı ayrıca olaraq Ruben Vardanyanın sanksiyalar siyahısına düşməsinin səbəbini açıqlayıb:

“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə maddi (nəqliyyat, logistika və s.) dəstək verən magistral Rusiya şirkətinin top menecmentinə sanksiya”.

Söhbət Rusiya Federasiyasının ən böyük yük hava qruplarından biri olan “Volqa-Dnepr” şirkətindən gedir. Təxmin etmək olar ki, hərbi yüklərin çatdırılması üçün mülki “Volqa-Dnepr”in hava donanmasından istifadə olunub.

44 günlük Vətən müharibəsi ərəfəsində, eləcə də, müharibə zamanı Ermənistana tikinti materialları və ya “humanitar yardım” adı altında silahlar gətirilib.

Bütün bunları Ruben Vardanyan təşkil edib göndərirdi. O, müsahibələrinin birində bu barədə özü danışıb.

 

 

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206320