Ukrayna uduzsa, qalib Putin yox, bu ölkə olacaq

2022-09-05 09:25:00

Ukrayna uduzsa, qalib Putin yox, bu ölkə olacaq

Əgər Ukrayna yıxılsa, Qərb çökəcək, ancaq “böyük qalib” Putin Rusiyası deyil, Szinpin Çini olacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri ultra-sağçı “İtaliya qardaşları” partiyasının lideri, baş nazirliyə namizəd Corciya Meloni “Ambrozetti” forumundakı çıxışında deyib.

“Qərbdə, yəni Avropada ən zəif olanlar Çinin təsiri altına düşmək riski daşıyır. Odur ki, biz bu mübarizəni aparmalıyıq”, - o bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünya nizamını yenidən formalaşdırmaq məqsədi daşıyan “aysberqinin görünən hissəsidir”.

Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060380