Saat:19:33
Haqqımızda

Ukrayna-Türkiyə əməkdaşlığı daha yuxarı həddə qalxır

2021-09-22 13:16:00

Ukrayna-Türkiyə əməkdaşlığı daha yuxarı həddə qalxır

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 22-də öz Tvitter səhifəsində bildirib ki, Türkiyə prezidenti R. T. Ərdoğanla görüş keçirib.
"Dostum R. T. Ərdoğanla görüşdə Ukrayna ilə Türkiyə arasında sərbəst ticarət zonasından hərbi-texniki əməkdaşlığa qədər olan bütün tərəfdaşlıq spektrini müzakirə etdik", Zelenski bildirir.
O, prezident Ərdoğanla əməkdaşlığın getdikcə daha da sıxlaşdığını və konkret layihələrdə təcəssüm etdirildiyini qeyd edir. Zelenski, Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir daha vurğuladığı Krımın Rusiyaya birləşməsini tanımaqdan imtina etdiyi üçün Türkiyə liderinə təşəkkür etdi.
Tərəflər eləcə də Qara dənizdə sabitliyin qorunması məsələlərini ciddi şəkildə müzakirə ediblər. "Enerji daşıyıcılarının şaxələndirilməsi kontekstində enerji sektorunda qarşılıqlı əlaqə məsələləri müzakirə edildi", deyə Zelenskinin mətbuat xidməti bildirib.
Siyasətçilər ölkələr arasında "Azad Ticarət Zonası haqqında Saziş"in imzalanmasını sürətləndirmək barədə razılığa gəldilər. Ərdoğan, Zelenskinin ölkələr arasında "Strateji Əməkdaşlıq Şurası"nın 10-cu iclasında iştirak etmək üçün Ukraynaya dəvətini qəbul etdi.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR