Saat:08:15
Haqqımızda

Ukrayna torpaqları uğrunda mübarizə

2021-07-23 10:05:00

Ukrayna torpaqları uğrunda mübarizə

Erməni Avakov, yoxsa yəhudi Monastırski qalib gələcək?

Erməni əsilli Arsen Avakov Ukrayna DİN rəhbərliyindən istefa verdikdən sonra, Rusiyada nəşr olunan “Vzglyad” nəşrində "Avakov geri qayıtmaq üçün işdən ayrıldı” başlıqlı məqalə dərc olundu. Rusiyada yayımlanan bu və başqa saytlarda bir çox material Avakovun "qələbə qayıdışını" proqnozlaşdırır və bir çoxu onu az qala "Ukrayna Pinoçeti" kimi görür:

“Zelenski ixtisar ediləcək ideal namizəddir. O, artıq “ikinci Poroşenko” rolunu oynayaraq, onu prezident seçənlərin etibarını itirməyi bacardı. İndi ola bilsin ki, Zelenski 2019-cu ildə vəd edilmiş sülh siyasətini həyata keçirməyə məcbur qalsın, lakin könüllü deyil. "Zrada"nın (Ukrayna dilində xəyanət-müəl.) bütün risklərini öz üzərinə götürən Zelenski gedəcək. O zaman insanlar Arsen Avakov - qaynayan ölkəni sahmana salacaq ideal namizəd haqqında düşünəcəklər”.

Əlbəttə, Ukrayna həqiqətlərinə bələd insanların, erməni lobbisi ilə bağlı olanlar da daxil olmaqla, çoxsaylı rusiyalı siyasi analitikin Avakovun istefası haqda fərqli düşündükləri şübhəsizdir. Belə ki, bu insanların Avakovun “qüdrətli Ukrayna lideri”, baş nazir, yaxud prezident olma şansı haqda təhlilləri ciddi qəbul etmədiklərinə əminik.

Ümumiyyətlə, ukraynalıların da ölkənin inkişaf yolları ilə bağlı fikirləri fərqli ola bilər. Lakin onların bir ümumi cəhəti var - Avakova Ukraynada hamı nifrət edir. Çünki Avakov vəzifədə olduğu dönəmdə bu ölkəyə o qədər nifrət nümayiş etdirib ki, hətta Ukrayna dilini öyrənməyə cəhd belə etməyib. Bu səbəbdən, onun heç bir yerə seçilmək şansı yoxdur və ola da bilməz. Üstəlik, Avakovun istefasından sonra bütün strukturlarda onun adamlarının "təmizlənməsi" başladı.

DİN başçısı Arsen Avakovun istefası ərəfəsində Ukraynadakı vəziyyəti və onu hansı gücün hakimiyyətdə saxlamağa, hansı qüvvələrin onu kənarlaşdırmağa çalışdığını anlamaq heç də çətin deyil. Bu haqda fikir bildirməzdən öncə, vacib bir məsələyə diqqət edək…

Bu günlərdə Ukrayna əkinçilik təyinatlı torpaqlarını bazara çıxardı. Çünki indi bütün nüfuzlu analitiklər əmindirlər ki, yaxın gələcəkdə dünyanın ən vacib strateji əmtəəsi neft və ya qaz deyil, qida olacaq. Elə isə ərazilərində kənd təsərrüfatı üçün əlverişli iqlim şəraiti olan ölkələrin rolu və kənd təsərrüfatına yararlı torpaqlarının varlığı karbohidrogen və digər minerallarla zəngin ölkələrdən az əhəmiyyətli olmayacaq. Bu sahədə isə Ukraynanın dünyada analoqu yoxdur.

Ukrayna ərazisinin 70% -i əkinə yaralı torpaqlardır. Üstəlik, əksəriyyəti qara torpaqdır. Dünyadakı qara torpağın 25% -i Ukraynanın payına düşür və demək yerinə düşər ki, keyfiyyətinə görə bu qara torpaq əkinçilik üçün Rusiya və Qazaxıstandakı oxşar torpaqdan daha cəlbedicidir.

Məsələn, son illərdə rekord taxıl məhsulu toplayan Qazaxıstan əslində riskli əkinçilik zonasıdır. Burada tez-tez quraqlıq, quru küləklər baş verir, qışda şiddətli şaxtalar olur. Ərazinin çox hissəsində kəskin hava şəraiti səbəbindən qarğıdalı və bu kimi qiymətli qida məhsulu yetişdirmək mümkün deyil.

Bunun əksinə, Ukraynanın əkin sahələri dünya bazarında tələb olunan qida məhsullarının əksəriyyəti üçün idealdır. Buna görə də Ukrayna torpaqlarının qida və insan təhlükəsizliyi üçün rolu artacaq.

Onsuz da bu gün Ukrayna dünyanın qida ixracatçılarından biridir və yaxın gələcəkdə Ukrayna torpaqları üçün ciddi mübarizə gedəcək.

1 iyul 2021-ci ildən Ukraynada kənd təsərrüfatı torpaqlarının satışına qoyulan moratorium ləğv edildi. İndiyə qədər yalnız Ukrayna vətəndaşlığı olan şəxslər torpaq ala bilərdilər. Ancaq üç il sonra torpaq bazarında hüquqi şəxslər fəaliyyətə başlayacaq.

Eyni zamanda, Ukrayna torpaqlarının mühüm hissəsi, şərti olaraq, "bölünüb". Bu torpaqlar iri aqroholdinqlərin icarəsindədir. Çox güman ki, yaxın gələcəkdə icarəyə götürülmüş torpaq sahələri müxtəlif sxemlərlə bu aqroholdinqlərin sahiblərinin, yaxın adamlarının şəxsi mülkiyyətinə keçəcək.

Erməni millətçilərinin xarici torpaqlara olan “vəhşi ehtirası”nı nəzərə alsaq, Ukraynada yüksək vəzifələrə nail olmuş erməni diaspor nümayəndələrinin torpaq məsələsinə niyə bu qədər həssas yanaşdıqları aydın olur. Xüsusilə, Ukrayna prezidenti olmaq məsədinə çata bilməmiş, parlamentdə kiçik fraksiya lideri status ilə kifayətlənməyə məcbur olan, qızlıq adı Qriyan olan Yuliya Timoşenko son zamanlarda əkinçilik ərazilərinin satışına qoyulan moratoriumun ləğvinə qarşı mübarizənin başında durdu. Timoşenkonu başa düşmək olar, çünki erməni dostları hakimiyyətə gəlməmişdən əvvəl maddi imkanları rəqiblərindən daha zəif idi. Buna görə, Yuliya Timoşenko uzun müddət torpaq bazarının satışa açılmasını yersiz hesab etdi.

Arsen Avakovun hakimiyyətdəki kifayət qədər güclü mövqeləri erməni lobbisinə "Ukraynanın qara torpağının bölünməsində iştirak etmək" imkanı verdi. Üstəlik, Ukrayna torpaqlarını dolayı yolla öz qəbilədaşlarının vasitəçiliyi, eyni zamanda Arsen Avakovun Rusiyadakı qohumları vasitəsi ilə almaqda maraqlı idilər.

Ukraynada hər kəs çox yaxşı bilir ki, Avakov və Lavrov arasındakı rəsmi "barışmaz" ritorikaya baxmayaraq, qonşu ölkələr baxımından birbaşa əlaqə kanalı var. Eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı qarşıdurmada tam qaranlıq qalan bir çox şey, erməni lobbisinin öz maraqlarından “qazanc götürməyə” çalışması sayəsində baş verir.

Ermənistanın İkinci Qarabağ müharibəsindəki fəlakətli məğlubiyyətindən sonra Ukrayna torpağına giriş məsələsi erməni lobbisi üçün daha da aktual oldu. Aydın oldu ki, bir çox erməni, eləcə də erməni lobbisi Qarabağ və ətrafındakı torpaq itkisindən sonra “başqa erməni dövləti” üçün torpaq axtarmalı oldular. Əlbəttə ki, Rusiyanın erməni lobbisinin təklifi ilə işğal olunmuş Krasnodar bölgəsinin və Abxaziyasının erməniləşdirilməsi ilə bağlı da fəal iş gedir ki, əslində bu qurumlar da Rusiyanın içindəki “beşinci kolon” funksiyasını yerinə yetirir (eyni ilə Osmanlı İmperiyasında olduğu kimi). Ancaq “Ukrayna meydanında” da iş gedirdi. Məsələn, Avakova yaxın iş adamları getdikcə daha çox torpaq icarəyə götürərək, torpaq bankını aktiv şəkildə qəsb etməyə başladılar. Bunların arasında Misak Xıdıryanın “A.G.R” aqroholdinq qrupu xüsusi seçilir.

Görünür, torpaq məsələsi 2019-cu ildə Avakovun Zelenskini dəstəklədiyi ən mühüm məsələlərdən biri oldu. Təsadüfi deyil ki, Zelenski prezident seçildikdən sonra Kiyev bölgəsinin qubernatoru vəzifəsini bir müddət etnik erməni Mixail Bno-Airiyan icra etdi və qubernatorluğunun qısa müddətində "erməni" aqro şirkəti “A.G.R. Qrup” bölgədəki torpaq bankını kəskin şəkildə artırmağı bacardı.

Aydın məsələdir ki, Arsen Avakovun DİN naziri vəzifəsində çalışması erməni lobbisinə Ukraynanın əkinçilik torpaqlarını almaq, ələ keçirmək üçün böyük imkanlar verdi. Heç kimə sirr deyil ki, vilayətdəki polislər sadəcə “sözəbaxmayan” torpaq sahiblərini və icarəçilərini digər iddiaçılara “münasib qiymətə güzəştə” getməyə məcbur edə bilərlər.

İş burasındadır ki, təkcə “qədim əzabkeş” xalqın nümayəndələri Ukrayna torpaqlarına iddia etmirlər, ən böyük transmilli şirkətlər, ukraynalı oliqarxlar və kökləri, mənşəyi Ukraynadan olan, lakin bu gün başqa ölkələrin vətəndaşları olan digər maraqlı vətəndaş kateqoriyası da bu torpaqları ələ keçirməyə cəhd edirlər. Məsələn, İsrailin rusdilli vətəndaşlarının demək olar ki, əksəriyyətinin bu və ya digər şəkildə rus imperatorluğu illərindən, o zamankı imperiya ərazisi olan Ukraynada "seyrək məskunlaşmadan qalan" ataları var. Yaxın Şərqdəki qeyri-sabitlik fonunda babaları Ukraynada yaşayan İsrail iş adamlarının sayı Ukraynada artır. Həqiqətən, Ukrayna vətəndaşlıq qanununa görə, burada anadan olanlar, yaxud atası, anası, nənəsi və ya babası əslən bu ölkədən olanlar mülkiyyət hüququna malikdirlər. Erməni etnosunun nümayəndələri arasında isə belələri çox azdır.

Ancaq Ukrayna pasportunu almaq üçün bir boşluq da var – bu, ölkədə yaşama icazəsi almaq və Ukraynada beş il yaşamaq, sonra vətəndaşlıq üçün müraciət etməkdir. Təbii ki, DİN çərçivəsində bütün bunlar "köhnə tarix" şəklində verilə bilər və eyni şəkildə Avakov da qanundan “yan keçərək” soydaşlarına Ukrayna pasportlarının verilməsini təşkil edə bilərdi. Eləcə də kənd təsərrüfatına məxsus torpaq sahələrinin öz  millətinin sahiblərinin əlində "yuvarlaqlaşdırılmasına" kömək edə bilərdi.

Ancaq bunlar hamısı rəqiblər tərəfindən yaxşı başa düşülürdü. Ona görə, həm ABŞ Dövlət Departamenti, həm də Vatikan səviyyəsində oyunda Avakovu belə bir strateji resursdan kənarlaşdırmaq üçün ciddi qüvvələr iştirak edirdi.

Bəzi Moskva "analitikləri”nin Daxili İşlər Nazirliyinin yeni rəhbəri Denis Monastırskinin "Avakovun adamı" olduğu barədə arqumentlərini oxumaq da gülüncdür. Bu insanlar, görünür, Ukrayna həqiqətlərindən xəbərdar deyillər və rəsmi olaraq onunla "eyni soyadı olan" Arkadi Monastırskinin kim olduğunu bilmirlər.

Vikipediyada bu şəxs haqqında xüsusilə məlumat verilir: “Arkadi İliç Monastırski - Ukrayna Yəhudi Forumunun prezidenti, Ukrayna Yəhudi Fondunun İdarə Heyətinin sədri, Ukrayna Təhsil və Elm Nazirliyi yanında İctimai Şuranın sədri, Ukraynada Yəhudi mədəniyyətinin dirçəldilməsi üzrə ictimai hərəkatın qurucularından biridir. 15 oktyabr 2017-ci ildə ölüb".

Kiçik Monastırski və mərhum Arkadi İlyiç Monastırskinin ailə əlaqələrinin “afişa olunmadığı” aydındır, amma şübhəsiz ki, bu bağlar var. Axı, Monastırski soyadı çox yaygın deyil. İndi sual budur ki, Denis Monastırski Arsen Avakovun maraqları naminə çalışacaq, ya Ukraynada kökləri olan - Arkadi Monastırski tərəfindən yenidən qayıdış ehtimalı asanlaşdırılan, Ukrayna vətəndaşı olmaq istəyən, kənd təsərrüfatına investisiya qoymaq istəyən İsrail vətəndaşlarının maraqları naminə?

Bu səbəbdən, Rusiya erməni lobbisinin qızğın şəkildə "itirilmiş şansı" əldə tutmaq və Ukrayna torpaqlarına giriş əldə etmək cəhdi uğursuzluğa məhkumdur.

Beləliklə, daha ciddi geopolitik oyunçular bir daha Avakovu və erməni soydaşlarını kənara atdılar. Ermənilər düşünürdülər ki, iki qardaş xalqı - rusları və ukraynalıları bir-birinə qarşı zəhərləyərək, Donbasda müharibə başladıb, Krımdakı ərazilərin ilhaq edilməsi üçün presedent yaradacaqlar. Hansı ki, ilk öncə “Artsax”I ələ keçirəcəklərini, ikincisi isə Qarabağdan daha cəlbedici olan Ukrayna torpaqlarına sahib olacaqlarını düşünürdülər. Ancaq sonda böyük oyunçular dar düşüncəli və hiyləgər erməniləri "taktiki" şəkildə kənara "atdılar".

Bu oyunçular qarşısında nə Avakovun, nə də Timoşenkonun böyük siyasətə qayıtmaq şansı yoxdur. Onlar "çirkli əməllərini" törətdilər və onlara artıq ehtiyac qalmayıb.

 

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR