Ukrayna taxta HİMARS-larla rusları necə aldadıb? – Şok

2022-08-30 17:28:00

Ukrayna taxta HİMARS-larla rusları necə aldadıb? – Şok

Rusiya ordusu indiyədək ukraynalıların “yem” məqsədilə taxtadan düzəltdikləri HİMARS-lara azı 10 “Kalibr” raketi istifadə edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna hərbçilərinin taxtadan düzəltdikləri HİMARS-ları Rusiya PUA-ları real olanlardan fərqləndirə bilməyib. PUA-lar da “texnika”nın koordinatlarını Qara dənizdəki raket daşıyan gəmilərə ötürüb. Cəmi bir neçə həftə ərzində yalançı hədəflərə 10 “Kalibr” raketi atılıb. Hətta ukraynalıların bu addımı o qədər uğurlu olub ki, saxta HİMARS istehsalını genişləndiriblər.

Nəşr yazıb ki, rus hərbi komandanlığı indiyədək Ukraynanın aldığından çox HİMARS məhv etdiyini elan edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064047