Ukrayna taxılı ixraca hazırdır, lakin gəmi yoxdur - Səbəb

2022-07-28 15:35:00

Ukrayna taxılı ixraca hazırdır, lakin gəmi yoxdur - Səbəb

Gəmiçilik şirkətləri Qara dəniz vasitəsilə təhlükəsiz dəhlizlərin təmin edilməsinə dair razılaşmaya baxmayaraq, Ukraynada ilişib qalmış milyonlarla ton taxıl ixrac etməyə tələsmir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazır.

Beynəlxalq media isə qeyd edir ki, gəmiçilik şirkətlərinin bu işdə tələsməməsinə səbəb partlayıcı minaların sularda sürüşməsi, gəmi sahiblərinin riskləri qiymətləndirməsi və çoxlarının cəmi 120 gün davam edəcək əldə edilmiş razılaşmanın həyata keçirilməsi ilə bağlı suallardır.

Razılaşmanın məqsədi fevralın 24-də Rusiyanın işğalından sonra bağlanmış üç Ukrayna limanı vasitəsilə yaxın dörd ayda təxminən 20 milyon ton taxıl ixrac etməkdir. Bu, gündə yüz minlərlə tox taxılın dünyada aclıq təhlükəsi altında olan milyonlarla insana daşımağa imkan verir.

Lakin Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən razılaşmanın həyata keçirilməsinin nə qədər çətin və riskli olacağını göstərən bir reallıqla üzləşib.

Dünya gəmilərinin təqribən 80%-ni təşkil edən gəmi sahiblərinin milli assosiasiyalarını təmsil edən Beynəlxalq Gəmiçilik Palatasının baş katibi Qay Platten deyib ki, bunun praktikada necə işləyəcəyini ətraflı başa düşmək üçün çox iş görməlidirlər: “Biz ekipajların təhlükəsizliyinə təminat verə bilərikmi? Mina və mina sahələrinin taleyi necə olacaq? Çoxlu qeyri-müəyyənliklər və aydın olmayan məqamlar var”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054359