Ukrayna Silahl Qüvvələri rəsmisi: Soledarda ağır döyüşlər gedir, lakin o, rusların nəzarəti altında deyil

2023-01-11 16:02:00

Ukrayna Silahl Qüvvələri rəsmisi: Soledarda ağır döyüşlər gedir, lakin o, rusların nəzarəti altında deyil

Soledarda ağır döyüşlər gedir, lakin o, rusların nəzarəti altında deyil. Şəhərin tutulması ilə bağlı mesajlar düşmənin informasiya müharibəsinin əməliyyatıdır. Bunu Ukrayna Silahlı Qüvvələri bildirib.
Bu barədə rəsmi məlumatı telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun spikeri Sergey Çerevatı bildirib. “Şəhər Rusiya Federasiyasının nəzarəti altında deyil, hazırda orada şiddətli döyüşlər gedir. Düşmən artıq Soledarı ələ keçirdiyini göstərmək üçün tam bir informasiya əməliyyatı keçirdi. Bu doğru deyil: orada vəziyyət ağırdır, lakin Silahlı Qüvvələrin rəhbərliyi, Ali Baş Komandan və Şərq Qrupunun rəhbərliyi vəziyyətə nəzarət edir. İndi vəziyyəti sabitləşdirəcək və qoşunlarımız üçün minimal itki ilə düşmənə maksimum ziyan vuracaq ən təsirli qərarların qəbulu istiqamətində iş aparılır”, deyə Çerevatı açıqlama verib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183876