Ukrayna savaşı və ticarət - ABŞ NATO-nun 17 ölkəsinə silah satacaq
Hurriyyet.az xəbər verir ki, NATO-nun 17-dən artıq ölkəsi ABŞ-dan Ukrayna üçün silah alacaq.
17-dən çox NATO ölkəsi müttəfiq dövlətlərin ABŞ ehtiyatlarından Ukrayna üçün silah satın alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (Prioritized Ukraine Requirements List - PURL) təşəbbüsünə qoşulub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski açıqlama verib.
O, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç ilə telefon danışığından sonra "Teleqram" kanalında yazıb: "17-dən çox NATO ölkəsi Ukrayna üçün ABŞ silahlarının alınmasını kollektiv şəkildə maliyyələşdirmək üçün PURL təşəbbüsünə qoşulub".
PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rutte tərəfindən başladılıb.
Hürr Tərcüman
