Saat:16:19
Haqqımızda

Ukrayna Rusiya tankerini batırdı

2025-12-19 13:04:55

Ukrayna Rusiya tankerini batırdı

Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusunun hücumundan sonra Rusiyanın tankeri batmağa başlayıb.
ASTRA kanalının məlumatına görə, dekabrın 19-da, Rostov-na-Donuda Ukrayna ordusunun hücumundan sonra Rusiyanın "Valeri Qorçakov" tankeri batmağa başlayıb.
Gəmi Novoşaxtinsk Neft Emalı Zavodu terminalının yaxınlığında yerləşirdi. Həmin ərazi dekabrın 15-də də atəşə tutulmuşdu.
Ukrayna Silahlı Qüvvələrinin zərbəsi tankerin hərəkət qurğusunu, gövdəsini və mühərrik otağını zədələyib. Aşpaz ilə motorçu həlak olublar, kapitanın birinci köməkçisi və iki dənizçi yaralanıblar. Hadisə yeri bonlarla (düşmən gəmilərinin limana girməsinə mane olmaq üçün üzücü maneələr) əhatələnib.
Hürr Tərcüman