Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir
2023-01-05 23:01:00

Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.
“Onlarla (Moskva ilə - red.) heç bir danışıqlar aparılmayıb”, - o, “Ukrayna-24” telekanalında deyib.
Xatırladaq ki, cümə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək müharibə zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Daha sonra Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu yanvarın 6-da saat 12:00-dan 36 saat müddətinə atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. \\Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya