Saat:09:14
Haqqımızda

"Ukrayna Rusiya ilə danışıqlara hazırdır"

2024-07-24 12:45:56

Hurriyyet.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van i ilə söhbəti zamanı müharibəni dayandırmaq üçün Ukraynanın Rusiya ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.
Çin XİN-n rəsmi təmsilçisi Mao Ninin açıqlamasına görə, Kuleba deyib: "Ukrayna tərəfi Rusiya tərəfi ilə dialoqa və danışıqlar aparmağa hazırdır və bunu istəyir. Əlbəttə, danışıqlar rasional olmalı və praktiki əhəmiyyət kəsb eləməlidir, ədalətli və möhkəm sülhün əldə edilməsinə yönəlməlidir".
Van İ Çinin Rusiya-Ukrayna münaqişəsinin siyasi yolla həllinin tərəfdarı olduğunu və onun nizamlanmasında konstruktiv rol oyanamağa davam edəcəyini bildirib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198745