Ukrayna Rusiya Aerokosmik Qüvvələrinin strateji bazasını vurdu – Böyük yanğın başlayıb, əhali köçürülür + VİDEOLAR
2024-08-09 14:28:31
Rusiyanın Lipetsk şəhəri yaxınlığında yerləşən hərbi aerodroma dron hücumu olub və irimiqyaslı yanğın başlayıb.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
Yerli "Telegram" kanalları pilotsuz təyyarənin hücumundan sonra aerodromdakı sursat anbarının yandığını göstərən videolar paylaşıb.
