Ukrayna rəsmisi Mixail Podolyak: Ukrayna Rusiyaya qalib gələcək-Rusiya Çinin əyalətinə çevriləcək

2022-06-14 17:12:00

Ukrayna rəsmisi Mixail Podolyak: Ukrayna Rusiyaya qalib gələcək-Rusiya Çinin əyalətinə çevriləcək

Ukrayna Rusiya ilə müharibədə mütləq qalib gələcək. Rusiya isə Çinin tərk edilmiş əyalətinə çevriləcək. Bu barədə "RBC" Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyakın fikrinə istinadən xəbər verir.
“Bir dəstə başdanxarab qocanın fantaziyalarını təmin etmək istəyən Putin sehrli şəkildə Rusiyanın tənəzzül dövrünü, hər hansı qlobal çəki itirmə dövrünü başlatdı və vəftiz edilmiş  ölkəni məşhur erotik yola göndərdi... Sonda isə-tutqun və tərk edilmiş Çin əyaləti" deyir.
Podolyakın sözlərinə görə, ilk rus əsgəri Ukrayna sərhədini keçdiyi anda Rusiya öz ölüm əmrini imzalayıb.
"Rusiya uduzmaq məcburiyyətindədir, çünki onun modeli həyat qabiliyyətli deyil. Məsələ bunun nə vaxt və nəyin bahasına olmasıdır", Podolyak deyir.
Podolyakın fikrincə, Ukrayna bütün mümkün vasitələrlə bir çox səbəblərə görə (neft embarqosu, iqtisadi təcrid, beynəlxalq reputasiyanın tamamilə itirilməsi və s.) tezliklə gələcək Rusiya Federasiyasının sonunun yaxınlaşmasını sürətləndirməlidir və bunun üçün , Ukrayna Silahlı Qüvvələrinə silah lazımdır.
"Hazırda cəbhədə vəziyyət ağırdır, çünki z-ordanın həqiqətən çoxlu silahı var. Amma istənilən halda Rusiya bu müharibədə məğlubiyyətlə üzləşəcək - tarixi məntiq amansızdır", deyə Podolyak yekunlaşdırıb.
Daha əvvəl Podolyak Rusiya Federasiyasına qarşı müharibəni bitirmək üçün Ukraynaya lazım olan silahların adını çəkmişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya