Saat:07:03
Haqqımızda

"Ukrayna rəsmiləri və generalları Putinin yuxusunu ərşə çəkiblər" - ELXAN ŞAHİNOĞLU

2022-08-18 11:10:00

"Krımı Rusiya ilə birləşdirən körpü partladılarsa, Putin işğalçı ordu generallarına Ukraynanın şəhər və qəsəbələrinə raket zərbələri endirməyi əmr edəcək, nəticədə ölənlərin sayı artacaq"

"Ukrayna Krım yarımadasını Rusiya ilə birləşdirən körpünü partlada bilərmi? Bəli, bu mümkündür". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

"Ukrayna bunu edərsə, Kremlin reaksiyası necə olacaq" sualını cavablandıran politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin bu halda işğalçı ordu generallarına Ukraynanın şəhər və qəsəbələrinə raket zərbələri endirməyi əmr edəcək, nəticədə ölənlərin sayı artacaq: "Putin bu əmrləri bu gün də verir, sadəcə Krım körpüsü onun layihəsi və köhnə arzusunun reallığa çevrilməsiydi. Körpünün dağıdılması həm Putinin ruh halına, həm də imicinə böyük zərbə olacaq. Bunu Kiyevdə də anlayırlar. Ukrayna rəsmiləri və generalları hələ ki, “Krım körpüsü hədəfiməzdədir” açıqlamaları ilə Putinin yuxusunu ərşə çəkiblər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR