Ukrayna qüvvələri Rusiyanın 3000 əsgərini mühasirəyə saldılar
2024-08-29 15:50:05
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiyanın 3 min nəfər əsgərini mühasirəyə alıb.
Rusiya hərbçiləri əks-hücuma keçərək Kursk vilayətinin Korenevo kəndini Ukrayna hərbçilərindən alıblar. Kənd avqustun 20-də ukraynalıların əlinə keçmişdi.
Ukrayna hərbçiləri Korenevo kəndinin cənubundakı Krasnooktyabr kəndini ələ keçirərək, kəndin cənub sərhədini bağlayıblar. Ərazi cənubdan və qərbdən dövlət sərhədi, şimaldan isə Seym çayı ilə əhatə olunub.
Hürr Tərcüman