“Ukrayna Qərbin nasaz HHM sistemlərini geri qaytarıb”
2023-03-29 16:35:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Assoşieyted Press” agentliyinə müsahibəsində Qərbin verdiyi, işləməyən HHM sistemlərini geri qaytardıqlarını bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrindən biri işlək vəziyyətdə olmayan HHM sistemini göndərib və onu “dəfələrlə dəyişdirmək lazım gəlir”.
Zelenski Ukrayna səmasını müdafiə eləmək üçün 20 ədəd “Patriot” batareyasının lazım olduğunu və hətta bunun da az olduğunu söyləyib: “Çünki dünyanın heç bir ölkəsinə bu qədər ballistik raket hücumu edilməyib”.
Zelenski Qərbin müasir qırıcılar göndərməyə tələsmədiyini də bir daha xatırladıb: “Müasir hərbi təyyarələrdən söhbət gedirsə, indiyə qədər bizim heç nəyimiz yoxdur”.
Hürr Tərcüman