Saat:16:41
Haqqımızda

Ukrayna prezidentinin köməkçisinə qarşı sui-qəsd törədildi

2021-09-22 15:07:00

Ukrayna prezidentinin köməkçisinə qarşı sui-qəsd törədildi

Ukrayna prezidenti Vladimir Zelensinin birinci köməkçisi Sergey Şefirə qarşı sui-qəsd cəhdi törədilib.

Bu barədə "Xalqın xidmətçisi" partiyasının parlamentdəki deputatı Yevqeniy Şevçenko öz Telegram kanalında xəbər verib. Şefer xəsarət almayıb, onun sürücüsü güllələnib və yaralanıb.

Şevçenko hadisəni bu cür təsvir edib: "Elə bu yaxınlarda, Kiyev yaxınlığındakı Lesniki kəndi yaxınlığında Ukrayna Prezidentinin müşaviri Sergey Şefirin həyatına qəsd edildi. Sefirin sürücüsü yaralandı, üç güllə ilə vuruldu".

Ukraynanın "Strana" qəzetinin mənbələrə istinadla verdiyi məlumata görə, sürücü ağır vəziyyətdə reanimasiyadadır.

Prezident Zelenski isə hücumla bağlı bildirib ki, o, BMT Baş Assambleyasında çıxışdan sonra köməkçisinə qarşı törədilmiş sui-qəsdlə bağlı təcili Kiyevə qayıdacaq. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR