Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstana gəldi

2021-07-19 14:21:00

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstana gəldi

Zelenski birbaşa Batumi Beynəlxalq Hava Limanından İnquri körpüsünə yollanıb. Ukrayna prezidenti bir saat əvvəl Gürcüstana gəldi. Hava limanında onu Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya və Gürcüstanın Ukraynadakı səfiri Temur Şaraşenidze qarşıladılar.

Məlumata görə, Zelenski Batumi beynəlxalq konfransında çıxış edəcək. Konfransın əsas mövzusu Gürcüstan, Ukrayna və Moldova arasında "Birləşmiş Trio" çərçivəsində imzalanan razılaşmadır.

Bundan əlavə, Ukrayna prezidenti Gürcüstan və Moldova prezidentləri ilə birlikdə Avropa Şurasının sədri  Şarl Mişel ilə birgə iclasda iştirak edəcək.

“Apsny.ge”

Hazırladı: Ülviyyə Şükürova